“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
28 Fevral 2022 09:22
4 550
Şəmkir sakini əmisi qızını qətlə yetirib.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
21 Sentyabr 20:08
581
21 Sentyabr 19:02
707
21 Sentyabr 19:00
630