Məhkumların mülki xəstəxanalarda müayinədən keçirilməsi təklif edilir Hadisə

Məhkumların mülki xəstəxanalarda müayinədən keçirilməsi təklif edilir

Azərbaycanda həbs edilmiş şəxslərin digər tibb müəssisələrində müayinədən keçirilməsi təklif edilir.

B barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Məruzədə, həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlığının qorunması hüququnun effektiv müdafiəsi məqsədilə belə şəxslərin müayinə və müalicəsinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılması mümkün olmadıqda, zəruri tibbi xidmətlərin digər tibb müəssisələrində dövlət hesabına həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.