Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
8 Aprel 2022 08:35
3 528
Göyçöyda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Qılman Mustafayev barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icratına verilib.
Qeyd edək ki, hadisə ötən il Göyçayın Bəydövül kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayev Qılman Maarif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1983-cü il təvəllüdlü İsmayılov Elvin Mübariz oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən iki bıçaq xəsarəti alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı onların arasında dava olub və hadisə günü yenidən başlayan mübahisə qətl hadisəsi ilə nəticələnib.
24 Dekabr 13:57
1 162
24 Dekabr 13:39
1 393
24 Dekabr 13:31
1 820