2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
4 Dekabr 23:28
4 Dekabr 23:08
“Bağçaların təhvil-təslim prosesi davam edir”.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, qeyd olunan mövzu ilə bağlı növbə həftə ictimaiyyətə məlumat veriləcək.
Nazirlik bağçalara müəllim və uşaq qəbulu ilə bağlı məsələyə də aydınlıq gətirib. Qeyd edilib ki, bağçalara müəllimlərin işə qəbulu və uşaqların qəbulu ilə bağlı yeni prosedurlar üzərində iş davam edir:
“Bu proses şəffaf və elektron şəkildə təşkil olunacaq. Görülən işlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.