Pay torpaqlarının dövlət hesabına sənədləşdirilməsi yekunlaşır Hadisə

Pay torpaqlarının dövlət hesabına sənədləşdirilməsi yekunlaşır

Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi prosesinin nəzərdə tutulandan daha tez yekunlaşacağı proqnazlaşdırılır.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabr ayından bu ilin 18 aprel tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17 742 ailənin ərizəsi qəbul olunub, 9521 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunan müddətdə təqdim ediləcək.