TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər
TDT Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı bəyannaməsi qəbul edilib
"BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə ehtiyac var"
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
25 Aprel 2022 14:52
3 192
Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyirəm.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsində deyib.
A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.
Qeyd edək ki, aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb. İftar mərasimində Azərbaycanda olan dini konfessiya rəhbərləri iştirak ediblər.