Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
25 May 2022 14:06
2 303
Əmək müqavilələrinin sayı bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazirin sözlərinə görə, 3 ildir həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
"İş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub", - M.Cabbarov əlavə edib.
23 Mart 15:55
1 064
23 Mart 11:05
2 534
22 Mart 17:17
1 722