Xəzərdə gəmilərin fəaliyyəti bərpa edilib Hadisə

Xəzərdə gəmilərin fəaliyyəti bərpa edilib

Bu gündən etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, hava şəraitinin küləkli olduğu təqdirdə gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilir.

"Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunur", - deyə qurum rəsmisi bildirib.