Tərtər sakinini qətlə yetirən şəxs həbs edildi Hadisə

Tərtər sakinini qətlə yetirən şəxs həbs edildi

23 fevral 2022-ci il tarixdə Tərtər rayon sakini 2001-ci il təvəllüdlü Elgün Qurbanlının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Tərtər rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış istintaqla, Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü İlkin Nəzərovun əyani olaraq tanımadığı Elgün Qurbanlı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İlkin Nəzərov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.