

Rejissor: “Tağıyev: Neft” filmi Oskar mükafatına Azərbaycanın rəsmi namizədi seçilib
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
Yaponiyada hakim partiya və əsas müxalifət partiyası koalisiya quracaq
Zelenski hərbi vəziyyətin və səfərbərliyin uzadılması haqqında qanun layihələrini Radaya təqdim edib
Macarıstan klubuna uduzan "Kür"ün baş məşqçisi: "Altı həndbolçumuz zədəli idi"
İyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.