Gəncədə sürücü avtomobillə iki nəfəri vurub, biri ölüb Hadisə

Gəncədə sürücü avtomobillə iki nəfəri vurub, biri ölüb

Gəncədə sürücü avtomobillə 2 nəfəri vurub.

Daxili İşlər Nazirliyindən Trend-in sorğsuna cavab olaraq bildirilib ki, iyulun 14-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini O.Nağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Alim Məmmədovu və S.Bağırovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədov ölüb, S.Bağırovanın vəziyyəti ağırdır.

Araşdırma aparılır.