Bakıda stilisti qətlə yetirən şəxsin məhkəməsi başladı Hadisə

Bakıda stilisti qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakıda stilisti xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.
1999-cu il təvəllüdlü P.Həsənov, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü Orxan Seyidovu çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

P.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

O.Seyidov tanınmış stilist kimi fəaliyyət göstərib.