18 Sentyabr 22:26
18 Sentyabr 16:26
6 Avqust 2022 11:44
3 850
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.
12:36
651
18 Sentyabr 21:11
931
18 Sentyabr 20:03
1 022