Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib Hadisə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi 13 nəfərdən 15 nəfərə yüksəldilib.

Kollegiyanın tərkibinə aşağıdakı üzvlər də əlavə edilib:

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri;

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

Beləliklə, Kollegiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri;

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.