Yeni islahatla direktorlar məktəbdə daha çox şagirdin olmasında maraqlı olacaqlar - Nazir Hadisə

Yeni islahatla direktorlar məktəbdə daha çox şagirdin olmasında maraqlı olacaqlar - Nazir

Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri məktəbdən uzaqlaşdırırdılar.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, bu islahatla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilir.

Direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

Təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).