“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
3 Oktyabr 2022 11:46
2 457
Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır. Proses bu yaxınlarda yekunlaşacaq.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən bu sahədə fəaliyyət asanlaşacaq: “Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır. Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrastruktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək. Dövlət orqanları tərəfindən xüsusi təhlükəsizlik tələbləri müəyyən olunacaq. Provayderlər işlərini həmin tələblərə uyğun tənzimləyəcəklər”, - İ.Musayev bildirib.
19 Sentyabr 12:36
798
18 Sentyabr 21:11
1 022
18 Sentyabr 20:03
1 120