Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
4 Oktyabr 2022 18:41
2 639
Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarır.
Trend-in məlumatına görə, məsələ beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.
Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.
Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.
Bundan əvvəl də Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bir neçə dəfə saxlanılan erməni hərbçiləri geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib. Belə ki, Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bundan başqa, Ermənistanın son təxribatından sonra isə ümumilikdə 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.
09:38
105
23 Mart 15:55
1 078
23 Mart 11:05
2 548