Abşeron rayonunda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyənin tədbiri keçirilib Hadisə

Abşeron rayonunda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyənin tədbiri keçirilib

"Oktyabrın ayının 8-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsini Abşeron rayonunda keçirdik." Bu açıqlamanı mətbuata BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Layihə rəhbəri olan Orduxanlı bildirib ki, artıq təşkilat bu günə qədər 3 rayonda tədbir keçirdib: " Abşeron rayonunda keçirdiyimiz tədbir 3 tədbirimizdir. 25 nəfərlik tədbirimiz çox yüksək səviyyədə təşkil edildi. Bildiyiniz kimi, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ƏTRAF MÜHİTİN VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI, NARKOMANİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ istiqamətində dəstəklədiyi layihə icra planına uyğun keçirilir. Layihənin əsas istiqaməti həm yoluxucu xəstəliklərlə, koronavirusla, həm də bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya ilə mübarizə istiqamətidir. Bizim işimizin əsasını əhalinin sağlamlığının qorunması istiqamətində aparılan maarifləndirmə işinin təşkilidir. Xüsusən gənclərin həyatını məhv edən, narkomaniya ilə mübarizənin təşkilini həyata keçirilməsidir. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlardan maksimum çalışırır ki, gələcək nəslimizi narkotikdən və pis vərdişlərdən qoruyaq. Tədbirimizdən bununla bağlı Abşeron rayonunda yaşayan 25 şəxsə hazırladğımız buklet, digər vəsaitləri təqdim etmək oldu. Həmçinin də gənclərimizə narkotik insan üçün və bütövlət üçün çox ciddi problemlər yaratmasından bəhs etdik. Digər əsas istiqamətlərdən biri də, hələ də insanlar üçün ciddi təhlküə olan covid-19 infeksiyasından danışıldı. Bununla bağlı hələ də işlərin görülməsindən bəhs olundu. Bütün imkanlarla çalışmalıyıq ki, vaksinləşmənin həyata keçrilməsini təşkil edək. Gənc nəslin narkomaniyadan qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Həqiqətən də bu gün QHT Dövlət Agentlyinin bütün rəhbərliyinə təşəkkür edirəm ki, önəmli bir sahəyə, xüsusən cəmiyyətimizin maariflənməsi üçün ehtiyac olan infeksion xəstəliklərlə mübarizəyə dəstəyini nümayiş etdirib. Növbəti görüşmüzü gələn həftə Surxanı rayonunda keçirilməsini nəzərdə tutmuşuq. Bizim əsas məqsədimiz vətəndaşlatımızı xəstəliklərdən qorunması istiqamətində maarifləndirmə işin təşkil etməkdir."