Havanın hərarəti yüksəlir Hadisə

Havanın hərarəti yüksəlir

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bilidirib ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın teperaturu gecə 3-7, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.
Aprelin 3-də isə şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində respublika ərazisində temperatur 5-7 dərəcə enəcək.