Metroda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - RƏSMİ Hadisə

Metroda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - RƏSMİ

Bakı metropoliteni metroda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır.

"Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyəcək", - deyə məlumatda qeyd olunub.