"İsrailin Fələstin torpaqlarının heç bir hissəsi üzərində suverenliyi yoxdur"
Polşa Prezidentinin nümayəndəsi: ABŞ qoşunları Polşada daimi əsasda yerləşdiriləcək
İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verilib
Sahil Babayev: Orta Dəhliz Azərbaycanın strateji mövqeyini daha da gücləndirir
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
27 Oktyabr 2022 13:39
2 940
Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub.
Hərbi hissəsinin tibb məntəqəsində həkim işləyən Vəli Quliyev müxtəlif vaxtlarda hərbi qulluqçulardan pul alaraq onları müalicə adı ilə hospitala göndərib.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub.
Vəli Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.
10:59
322
09:58
574
08:35
728