10:27
1 015
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təyyarəsi İrəvanın "Zvartnos" hava limanına eniş edib.
Xalqcebhesi.az xəbər verir ki, yerli telekanalların canlı yayımına əsasən, Avropa Komissiyasının rəhbərini hava limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Azərbaycana səfərindən sonra İrəvana işgüzar səfərə gəlib.
İrəvanda Ursula fon der Lyayenin Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqları gözlənilir. Görüşdən sonra tərəflər mətbuat üçün bəyanatlarla çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.
Məryəm Quliyeva
11:13
462
11:02
931
10:02
994