

11 İyul 16:12
11 İyul 13:56
Dekabr ayının əvvəli hava daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq, şaxta gözlənilmir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, dekabrın 1-dən temperaturun iqlim normasında 2-3 dəfə aşağı enməsi müşahidə edilir.
"Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Abşeronda yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər", - deyə o əlavə edib.