

Arxiyepiskop Mikael Acapaxyanının həbsinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib
Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
Azərbaycan kosmik sənayeni inkişaf etdirmək arzusunu nümayiş etdirir.
Bunu çərşənbə axşamı Trend-ə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Feyhtinqer deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan kosmik sənayedə heyrətamiz irəliləyişlər əldə edib.
Feyhtinqer vurğulayıb ki, ölkənin artıq üç kosmik peyki var və telekommunikasiya sektoru regionda çox önəmlidir: “Gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycan kosmik sənayesinin inkişafında növbəti mühüm addımdır”.
Federasiyanın icraçı direktoru onu da qeyd edib ki, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri ilə təmaslar zamanı gələn il Bakıda keçiriləcək və ölkələrin iştirak edəcəyi Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlar verilir.