Şabranda uşaq hüquqlarının qorunması mövzusunda maarifləndrici tədbir keçirilib Hadisə

Şabranda uşaq hüquqlarının qorunması mövzusunda maarifləndrici tədbir keçirilib

Şabran rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şabran rayon 1 nömrəli tam orta məktəbində "Məişət zorakılığına qarşı birgə mübarizə aparaq” və Uşaq hüquqlarının qorunması mövzusunda maarifləndrici tədbir keçirilib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan İskəndərov , Şabran Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tamerlan Talıbov, rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Elçin İbrahimli və məktəb şagirdləri iştirak etmişdir.
Keçirilən tədbirdə çıxış edənlər dinləyicilərə məişət zorakılığı zamanı uşaqların aldığı psixi və travmatoloji təsirləri və məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli qanunu barədə məlumat verilib. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Tədbirdən sonra iştirakçılara Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.
Cavid