Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
4 Fevral 2023 11:44
3 129
İlon Mask tərəfindən “Twitter” satın alındıqdan sonra platformada təsdiqlənmiş hesablar, yəni mavi işarə xidməti ödənişli oldu.
Sosial media platforması “Instagram”da oxşar xidmət üzərində çalışır. Məlumata görə, “Instagram” doğrulama nişanları ilə ödənişli abunə planı üzərində çalışır.
Alessandro Paluzzinin paylaşımına görə, “Instagram” tətbiqinin kodlarında görünən istinad sətirləri onun abunə xidməti olacağını göstərir. İddialara görə, şirkət hələlik bu abunəlikdən hesabın yoxlanılması üçün istifadə edəcək. Lakin gələcəkdə nələrin baş verəcəyi ilə bağlı məlumat yoxdur.
A.Paluzzinin mövzu ilə bağlı açıqlaması belədir: “İnstagram" mavi nişanı ehtiva edən abunə planı üzərində işləyir. Hal-hazırda bu kodda buna yalnız bir neçə kiçik istinad var. Heç nə görünmür. Odur ki, fərziyyəmi təsdiq edə biləcək bir ekran görüntüsü göndərənə qədər bunu şayiə kimi qəbul edin.”

23 Mart 15:55
889
23 Mart 11:05
2 331
22 Mart 17:17
1 575