“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
3 Mart 2023 14:17
3 759
Ehtiyacı olan şəxslərin, xüsusilə aztəminatlı vətəndaşların ambulator şəraitdə həyata keçirilən müalicə prosesində tibbi göstəriş əsasında tələb olunan dərman vasitələrinə əlçatanlığında ciddi problem vardır ki, bu da həmin dərman vasitələrinin əksər hissəsinin qiymətinin baha olması ilə əlaqədardır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.
"Nəticə etibarilə, aztəminatlı şəxslər müəyyən əsaslı çətinliklərlə üzləşməli olurlar: tələb edilən dərman vasitələrini əldə etmək mümkün olmadıqda ağırlaşmaqda olan xəstəlik sağlamlığın və əmək qabiliyyətinin getdikcə itirilməsi ilə nəticələnir, həmin vasitələri əldə etmək məcburiyyətində qaldıqda isə borclanırlar. Bu baxımdan, əhalinin bütün təbəqələri üçün dərman vasitələrinə əlçatanlığın təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədəmüvafiqdir. Dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan, ölkəyə idxal edilən və əhali tərəfindən istifadəsinə icazə verilən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir", - deyə məruzədə qeyd olunub.
18 Sentyabr 21:11
623
18 Sentyabr 20:03
707
18 Sentyabr 18:16
679