Türkiyə MN: Qətərdə helikopter qəzasında 3 nəfər TSK əməkdaşı şəhid olub
Hizbullah İsrailə hücumu edib, ölən var, İranın raket zərbələri davam edir
Putinin xüsusi nümayəndəsi Gürcüstan patriarxı II İlyanın dəfn mərasimində iştirak edib
50 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd metadon həbi aşkar edilib
10 Mart 2023 19:32
3 388
Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilmişdir.
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.
Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.