Çoxlu sayda tələbə diplomlarının tanınmamasından əziyyət çəkir - Ceyhun Məmmədov Hadisə

Çoxlu sayda tələbə diplomlarının tanınmamasından əziyyət çəkir - Ceyhun Məmmədov

"Ali təhsil haqqında" qanun layihəsində müddəalardan biri də xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

O qeyd edib ki, çoxlu sayda tələbə bu məsələdən əziyyət çəkir. “Onlarla tələbə mənə müraciət edir ki, nazirlik diplomlarımızı tanımır. Bununla bağlı qanunvericilik sahəsində işlər görülməlidir. Həll olunmadıqda isə vətəndaşı dövlətdən narazı salır. Bir şeyi də qeyd edim ki, biz bu qanunun qəbul olunması üçün biz azı 20 il gecikmişik. Təhsil sahəsində problemlər həll olunmadığına görə, bu gün hətta ölkədə elmə gəlmək istəyənlər də yoxdur”,- deyə deputat bildirib.