DHL Azərbaycanda poçt xidmətlərini davam etdirəcək - Şirkətdən açıqlama Hadisə

DHL Azərbaycanda poçt xidmətlərini davam etdirəcək - Şirkətdən açıqlama

DHL Global Forwarding DHL Express-in bir hissəsi kimi fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə DHL Express-dən məlumat verilib.

""DHL Global Forwarding Azərbaycanda bağlanıb, lakin onun agenti DHL Express-dir və şirkət fəaliyyət göstərir. DHL Express və DHL Global Forwarding birləşərək DHL Express brendi altında fəaliyyət göstərəcək", - deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, “DHL Global Forwarding” poçt və logistika şirkəti bir qədər əvvəl Azərbaycandakı nümayəndəliyini bağladığını elan edib.

DHL dünyanın 220-dən çox ölkə və ərazisində fəaliyyət göstərir. DHL dünyanın aparıcı poçt və logistika şirkəti Deutsche Post DHL Group-un bir hissəsidir və DHL Express, DHL Parcel, DHL e-commerce, DHL Global Forwarding, DHL Freight və DHL Supply Chain biznes bölmələrini əhatə edir.

Xatırladaq ki, nizamnamə kapitalı 2 milyon 218 min 660 manat olan “DHL Global Forwarding Azerbaijan” şirkəti 2016-cı ildə qeydiyyatdan keçib.