22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
30 Mart 2023 11:32
2 597
Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsi yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” Nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov yeni yaradılan bölmənin sədri təyin olunub.
Bu barədə APA-ya AMEA-dan xəbər verilib.
Mərkəzi ofisi Böyük Britaniyada yerləşən EASE akademik nəşriyyat sahəsində fəaliyyət göstərən, peşəkar təcrübəyə malik redaktorların beynəlxalq birliyidir. EASE-nin missiyası elmi redaktorluğun dəyərini təbliğ etmək, peşəkar inkişafı, tədqiqatı və əməkdaşlığı dəstəkləməklə elmi redaktənin qlobal standartlarını, keyfiyyətini yaxşılaşdırmaqdır. Hazırda qurumun Almaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İspaniya da daxil olmaqla, ümumilikdə 50 ölkədən 750-dən çox üzvü var.
Assosiasiyada ölkəmiz üzrə bölmənin yaradılmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən elmi redaktorların beynəlxalq əməkdaşlığını genişləndirmək, mütəxəssislərin təkmilləşdirilməsinə kömək edəcək nəşrlər hazırlamaq, redaksiya işçiləri, müəlliflər üçün maarifləndirici tədbirlər təşkil etmək, onlara tədqiqat və nəşr etikasına dair tövsiyələr, eləcə də yerli və xarici indeksləşdirmə bazalarında elmi jurnalların qeydiyatı üzrə məsləhətlər verməklə elmi jurnalların standartını və keyfiyyətini yüksəltməkdir. Həmçinin bölmənin fəaliyyətinə elmi məqalələrin yazılması, nəzərdən keçirilməsi və jurnalların redaktəsi üzrə təlimlərin təşkili, elmi jurnalların keyfiyyətinin yaxşılaşdırılması üçün təlimatların hazırlanması, ölkəmizdə nəşr olunan elmi jurnalların redaktorları ilə tematik görüşlərin keçirilməsi də daxildir.
22 Dekabr 21:38
854
22 Dekabr 18:04
959
22 Dekabr 17:53
931