Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Elm və təhsil naziri: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Emin Əmrullayev: Uşaqların adının məktəbdə, özlərinin repetitor yanında olması səhvdir
Nazir Azərbaycanda ümumi təhsil üzrə 12 illik tədrisə keçidlə bağlı məsələyə aydınlıq gətirib
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq
31 Mart 2023 15:31
3 500
Antibiotiklərin istifadəsini müəyyən qədər məhdudlaşdırmağımız lazımdır.
APA xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. O, infeksion nəzarət sistemində antibiotiklərin vurulması barədə danışarkən qeyd edib ki, antibiotiklər müalicədə çox böyük əhəmiyyət kəsb etsə də, günümüzdə onlardan çox geniş və sui-istifadə hallarına rast gəlinir:
“Son 30 ildə yeni antibiotik qrupları kəşf olunmayıb. Bununla yanaşı isə bakteriyaların, infeksiyaların davamlılığı və çeşidliliyi günü-gündən artır. Bu, bir qüsurlu dövran şəklindədir. Biz antibiotiklərdən istifadə etdikcə infeksiyalar da buna qarşı öz qorunma mexanizmlərini istifadə edir və davamlılıq qazanır. Nəticədə müalicə zamanı həmin antibiotiklərlə yaxşı nəticə ala bilmirik və məcburi şəkildə daha yüksək spektrli antibiotiklərdən istifadə edirik. Bununla da bütün antbiotik rezervlərimiz tükənmiş olur. Bu, bütün dünyada belədir. Hazırda dünya antimikrob rezidentliklə mübarizə aparır.
Biz nə qədər az infeksiyaya yoluxma halları müşahidə ediriksə, bir o qədər də antibiotiklərdən istifadənin qarşısını almış olarıq. Bunun eyni zamanda xəstələri maliyyə xərclərinin çoxluğundan və antibiotikdən çox istifadənin orqanizmə zərərləri təsirlərindən qorumuş olur”.