İçməli su bahalaşmayacaq Hadisə

İçməli su bahalaşmayacaq

"Azərsu": "Hazırki tariflər tamamilə qaneedicidir"

Azərbaycanda əhaliyə verilən içməli suyun qiymətində artım gözlənilmir. "APA-Economics"in məlumatına görə, bunu ötən gün Bakıda açılan II Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC) sərgisində jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda suyun tarifləri qurumu tamamilə qane edir. Əhalinin istifadə etdiyi su haqlarının yığım səviyyəsinə gəlincə, "Azərsu" ASC-nin sədri bildirib ki, yığım səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli artıb: "Hazırda yığım səviyyəsi 94%-ə çatıb".