“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
11 May 2023 12:46
4 046
Biz İsrail şirkətləri ilə birgə yeni peyk layihələrinə, optik müşahidə peyk layihələrinə başlamışıq.
Trend-in məlumatına görə, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Əsədov bildirib ki, Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq. “Bu bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək.
“Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Ondan sonra 2027-ci ildə ölkədə yığılan, öz mütəxəssislərimiz tərəfindən hazırlanan orbitə buraxılmaq üçün raket sistemləridir. Azərbaycan üçün bu çox çətin bir mövzudur. Yaxın gələcəkdə bu mümkün görsənmir. Böyük ehtimalla biz peyklərin orbitə buraxılması üçün yenə də xaricdən istifadə etməyi düşünürük. Amma ilkin mərhələdə peyklərin hazırlanması və onların içinin yığılması ilə məşğul olacağıq. 2027-ci ildə isə nəzərdə tutumuşuq ki, özümüz o peykləri hazırlayıb orbitə buraxaq”, - deyə S.Əsədov vurğulayıb.
O əlavə edib ki, Azərbaycan SpaceX şirkətinin raketlərindən də istifadə edə bilər.
19 Sentyabr 12:36
910
18 Sentyabr 21:11
1 099
18 Sentyabr 20:03
1 176