“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
3 İyun 2023 11:12
4 417
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.
Trend-in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.
Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.
Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.
21 Sentyabr 20:08
602
21 Sentyabr 19:02
735
21 Sentyabr 19:00
658