Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib
Almaniya lideri çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi üçün şərtləri açıqlayıb
7 İyun 2023 10:53
2 205
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində “Qızlar bulağı” adlanan ərazidə 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2003-cü il təvəllüdlü vətəndaş dərinliyi təqribən 5-6 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər zərərçəkmişə ilkin yardım göstərərək xüsusi xilasetmə vasitələri ilə dərədən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.