
Aqil Acalov: "Ya da Azərbaycanın uğurunu həzm edə bilmirlər"
"Bu gündən Azərbaycan növbəti beynəlxalq və əhməiyyətli yarışmaya ev sahibliyi edir. "Formula 1" yarışmasının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var". Bu fikirləri Alpaqut Federasiyasının prezidenti Aqil Acalov deyib. O, əlavə edib ki, yarışmanın Azərbaycanda təşkil olunması ilk növbədə Azərbaycanın nüfuzuniu göstərir və dövlətimizə olan etimadla bağlıdır: "İdman həm də bir siyasətdir. Belə beynəlxalq səviyyəli populyar idman yarışları harada keçirilirsə, dünyanın diqqəti də ora yönəlir. Bu baxımdan da "Formula1"in Bakıda keçirilməsi dünyanın diqqətinin burada olacağı anlamına gəlir. Belə olan halda hən də xarici media Azərbaycanla bağlı xəbərlərə üstünlük veir ki, bu da ölkənin təbliğatı üçün böyük strateji əhəmiyyət daşıyır. Eyni zamanda yarışın yüksək səviyyədə təşkil olunması Azərbaycanın imicini daha da möhkəmləndirir".
A.Acalov əlavə edib ki, yarış ölkənin tanınması həm də iqtisadi sahədə irəliləyişlər üçün dividentlər qazandırır: "Yarışmanın televiiyada izləyən əcnəbilər Azərbaycanı daha yaxından görmək istəyir ki, bu da yaxın perspektivdə ölkəyə turistlərin cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin yarışmaya gələn və hazırda Azərbaycanda olan turistlərin özləri də Azərbaycan iqtisadiyyatına töhvə verirlər".
A.Acalov bu yarışmanın əhəmiyyəti olmadığını deyənləri də sərt tənqid edib: "Bu cür yarışmaların burada təşkil olunması Azərbaycanın uğurudur. Ona görə də hesab edirəm ki, yarışma ilə bağlı yalnız qara düşünənlər ya məsələdən xəbərsizdir, dünyada gedən proseslər haqqında informasiya qıtlığı yaşayır, ya da ki buna qərəzli yanaşırlar. Yəni Azərbaycanın uğurunu həzm edə bilmirlər".