Separatçıların qanunsuz hərbi daşımalarını Rusiya sülhməramlıları müşayiət edir - VİDEO Hadisə

Separatçıların qanunsuz hərbi daşımalarını Rusiya sülhməramlıları müşayiət edir - VİDEO

Sosial şəbəkələrdə erməni separatçıların Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazisində qanunsuz hərbi daşımalarını əks etdirən görüntülər yayılıb.

Trend xəbər verir ki, kadrlardan bəlli olur ki, rusiyalı sülhməramlılar qanunsuz hərbi daşımaları gerçəkləşdirən erməni hərbi birləşmələrini müşayiət edirlər.

Sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.

Həmin kadrları təqdim edirik: