“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
18 Sentyabr 2023 14:31
3 738
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq cihazlar vasitəsilə axtarışlar zamanı üzə çıxmayıb.
Trend xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.
Hərbi prokuror qeyd edib ki, bu, meyit qalıqlarının qəbirlərdə deyil, torpağın qazılaraq qeyri-insanı şəkildə basdırılmasına görədir:
“Ona görə də kütləvi məzarlıqlar əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə daha çox tapılır. İtkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilir, işlər davam etdirilir və bu işlər daha da geniş şəkil alacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
18 Sentyabr 21:11
770
18 Sentyabr 20:03
854
18 Sentyabr 18:16
833