

16 Fevral 17:59
16 Fevral 17:20
15 Fevral 22:03
Azərbaycanın Gürcüstandakı fövqəladə səfiri Faiq Quliyev bu il Gürcüstanda ali məktəblərə yüksək balla qəbul olan Azərbaycanlı gənclərlə görüşüb.
"Xalq Cəbhəsi" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, görüş İvane Cavaxişvili Universitetində Heydər Əliyev Auditoriyasında keçirilib.
Səfir gəncləri ali məktəblərə qəbul olmaları münasibəti ilə təbrik edib və onlara uğurlar arzu edib.
Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarmıza göstərdiyi diqqət və qayğıdan bəhs edən səfir deyib ki, son illər ərzində Azərbaycan dövləti tərəfindən minlərlə soydaş gəncin təhsil haqqı SOCAR tərəfindən ödənilib. Bu da həmin gənclərin Gürcüstanda daha yüksək gəlirlə təhsil sahəsində çalışmalarına geniş imkanlar yaradacaq. Səfir əlavə edib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasındakı mövcud olan dostluq və qardaşlıq əlaqələri dünyada nümunədir. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da gəclərimizin inteqrasiyasında da mühüm rol oynayır.
Qeyd edək ki, tədbirin sonunda ali məktəblərə qəbul olan gənclərə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.
Cavid