Rusiya XİN Azərbaycana təşəkkür etdi Hadisə

Rusiya XİN Azərbaycana təşəkkür etdi

Rusiya paralimpiyaçıları dəstəkləyənlərə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi yaxşı anlayırlar: `Azərbaycanlı həmkarlara böyük təşəkkür edirik`.
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.
Paralimpiya Oyunlarının bu gün başlamasını, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzərə alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında Olimpiya Oyunlarına qatılıblar.