Hava proqnozu Hadisə

Hava proqnozu

Bakı və Abşeron yarımadasında bu gün bəzi yerlərdə qısamüddətli yağış yağacağı, sonra tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 23-də gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.