“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
27 Fevral 2024 15:38
2 597
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabuçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.
Trend xəbər verir ki, piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün svetoforun yaşıl işığının müddəti 10 saniyə artırılıb.
Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş svetofor quraşdırılıb.
Görülən işlər nəticəsində qeyd olunan yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.
18 Sentyabr 21:11
763
18 Sentyabr 20:03
854
18 Sentyabr 18:16
833