Xocalıda kütləvi məzarlıqda basdırılanlar qeyri-insani rəftara məruz qalıb, əlləri kəndirlə bağlanıb Hadisə

Xocalıda kütləvi məzarlıqda basdırılanlar qeyri-insani rəftara məruz qalıb, əlləri kəndirlə bağlanıb

Xəbər verdiyimiz kimi, Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 13-ə çatıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanmaları, o cümlədən fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib.