Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
İran səfiri: İsrail ABŞ-ni regionda irimiqyaslı müharibəyə sürükləməyə çalışır
21 Mart 2024 14:03
3 815
Martın 20-də Tbilisidəki Heydər Əliyev Parkının qarşısında Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Bayram mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Qulediani, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın səfirləri, digər ölkələrin səfirliklərinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri Abanotubani küçəsində Novruz bayramı ilə əlaqədar xüsusi guşə yaradaraq milli-mədəni və incəsənət nümunələrini, Novruz atributlarını nümayiş etdiriblər.
Səfir Faiq Quliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva qonaqlara hədiyyələr təqdim ediblər.
Sonra Novruz tonqalı alovlandırılıb.
Cavid
