“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
19 Aprel 2024 14:02
2 870
Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə, həmçinin, həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.
Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
08:16
210
08:13
203
16 Dekabr 19:11
1 204