Bitkiçilik sahəsində dövlət dəstəyinin auditinin nəticələri açıqlanıb
Azərbaycanın yaşıl enerji siyasətində yeni mərhələ: “Xızı–Abşeron” KES nəyi dəyişəcək? - TƏHLİL
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - 2025
Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
29 May 2024 10:31
1 883
Prezident İlham Əliyevin sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildikdən sonra ölkəmizdə ekoloji istiqamətli bir sıra tədbirlər keçirilir. Həm dövlət, həm də özəl qurumların təşkilatçılığı ilə maarifləndirici görüşlər təşkil edilir.
Daim ekoloji sosial layihələri dəstəkləyən “Zeytun bağları” da bu sahədə fəal iştirak edir.
Belə ki, Heydər Əliyev Mərkəzində baş tutan VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlzalq Elmi Konfransında “Zetyun Bağları” markası da qatılıb. Azərbaycan Dövlət İqtisad Universiteti, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu konfransda iştirak edən yerli və xarici qonaqlara zeytun tingləri hədiyyə edilib.
Bununla bərabər layihə çərçivəsində Nəriman Nərimanov rayonu ərazisində “Zeytun bağları” markasının dəstəyilə ağacəkmə aksiyası keçirilib, müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş ərazidə yüzlərlə zeytun ağacı əkilib.
Qeyd edək ki, ətraf mühitin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan “Zeytun bağları” #yaşılgələcək şüarına sadiqq qalaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.