İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
29 May 2024 13:23
2 457
"Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Elm və Təhsil NazirliyindənAPA-ya verilən xəbərə görə, məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.
22 Mart 17:17
952
22 Mart 15:09
1 064
22 Mart 15:06
1 050