“Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır” Hadisə

“Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır”

“Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərsində qadınlar üstünlük təşkil edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib. O, diqqətə çatdırıb ki, 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar təşkil edib: “Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar olub. Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və bu birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var”.