Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Lukaşenko: Belarusda maksimum 10 "Oreşnik" sistemi yerləşdiriləcək
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
8 Avqust 2024 18:41
2 870
Buzovnada hotel tipli kotteclərin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev, Assosasiyanın üzvləri, Skal İnternational Baku Klubunun üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Qonaqları salamlayan TIFFANY VİLLAS istirahət kompleksinin rəhbəri Murat Yıldızsever yay sezonunun son ayı olsa da, kompleksin ilin bütün fəsillərində qonaqların sevimli məkanına çevrilə biləcəyi üçün əllərindən gələni əsirgəməyəcəyini bildirdi.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev turizmin və otelçiliyin inkişafına dəstək verdiyi üçün Murat Yıldızseverə təşəkkür edib fəaliyyətində uğurlar arzuladı. Təbrikə qoşulan digər çıxışçılar da Murat Yıldızseverə fəaliyyətində uğurlar arzulayaraq, daha böyük layihələrinə şahidlik etmələrini arzuladılar.















TIFFANY VİLLAS adlı istirahət kompleksi 2 və 3 yataq otaqlı 3 mərtəbəli kotteclərdən ibarətdir. 1-ci mərtəbədə salon, mətbəx, hamam otağı var. Məkanın restoranından istifadə etmək istəməyən ailələr özləri yemək hazırlaya bilər. 2-ci mərtəbə istitshət və yataq otaqlarından ibarətdir. 3-cü mərtəbə mansardır. Dənizə panoroması olan mansarda günəş vannası qəbul edə, çay süfrəsi təşkil edə bilərsiniz.
Bir kottecdə 2-3 ailənin eyni vaxtda rahat istirahət edə biləcəyi məkanın dənizə 5 dəqiqə piyada yolu var.
100 oxumaqdansa, bir dəfə yolunuzu salıb TIFFANY VİLLAS-ın ilk müştərilərindən olma fürsətini qaçırmayın.